Главная > Cəmiyyət > Prezidentin köməkçisi rayonlara gediş-gəlişin bərpası məsələsindən danışdı
Prezidentin köməkçisi rayonlara gediş-gəlişin bərpası məsələsindən danışdı15-08-2020, 10:36. Разместил: azadses |
“Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə edilir”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, qərarla bağlı məlumat vermək hələ tezdir: “Rayonlarda olan epidemioloji vəziyyət barədə çox incəliklə araşdırma aparılır. Hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir”. Вернуться назад |