Главная > Cəmiyyət > İyulda işıq pulu çox gəlib? - “Azərişıq” mətbuat konfransı keçirir

İyulda işıq pulu çox gəlib? - “Azərişıq” mətbuat konfransı keçirir


14-08-2020, 14:46. Разместил: azadses
“Azərişıq” ASC hazırda elektrik sayğaclarının iyul ayı ərzində həddindən artıq hesablama aparması haqda sosial şəbəkələrdə yayılan abonentlərin iddiaları ilə bağlı mətbuat konfransı keçirir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Azərişıq” rəsmiləri vətəndaşlara artıq məbləğdə pul yazılmasına aydınlıq gətirirlər. “Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bəzi avadanlıqların texniki pasportuna baxmırlar:
"Soyuducu, kondisioner, ütü ola bilər. Orada həmin avadanlığın müəyyən temperatur arasında iş rejimi barəsində məlumat var. Sayğacların çox yazması haqqında istənilən iddia ilə bağlı fikir budur ki, onu bizə göstərsinlər. Biz sayğacların göstəricilərini dəyişə, sıfırlaya bilmədiyimiz üçün heç söküntü gedən binalardan çıxan sayğacları istifadə edə bilmirik. Bu da bizim üçün itkidir. Sayğacların onlayn oxunması gündəmdədir, bu, bizim üçün sərfəlidir. Bununla bağlı işlər aparılır. Biz sayğaclara müdaxilə edə bilmirik. Bunu edə bilən şəxslər, mütəxəssislər varsa, onlarla bizi görüşdürün, bunu edib bizə göstərsinlər. Onda biz sayğaclarımızın təhlükəsizliyi üçün əlavə işlər görək".

“Azərişıq” ASC-də mətbuat konfransı

“Azərişıq” ASC-də mətbuat konfransı-Abonentlərin şikayətlərinə aydınlıq gətirilir - CANLI 📍“Azərişıq” ASC-nin İT Departamentinin direktoru Qalib Həmidov, “Azərişıq” ASC-nin Tədris Mərkəzinin rəhbəri Araz Məmmədov, Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli bu barədə məlumat verir

Posted by REAL TV on Friday, August 14, 2020


Вернуться назад