Главная > Cəmiyyət > Mətbuat prospektində 48 yaşlı kişini avtomobil vurdu

Mətbuat prospektində 48 yaşlı kişini avtomobil vurdu


29-10-2019, 14:34. Разместил: azadses
Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azadses.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza Mətbuat prospektində qeydə alınıb.
Azərbaycan Nəşriyyatının qarşısında minik avtomobili yolu keçmək istəyən piyada, 1971-ci il təvəllüdlü Həsənov Ceyhun Cəlayir oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Вернуться назад