Главная > Cəmiyyət > Meşə fondu torpaqlarında ötən həftə 112 mindən artıq ağac əkilib

Meşə fondu torpaqlarında ötən həftə 112 mindən artıq ağac əkilib


7-11-2023, 09:34. Разместил: azadses
Meşə fondu torpaqlarında ötən həftə 112 mindən artıq ağac əkilib.

"Report" xəbər verir ki, son bir həftə ərzində aparılan meşəbərpa tədbirləri zamanı 79,7 hektar meşə fondu torpağında 112 828 müxtəlif növ ağac əkilib, 4186 kiloqram toxum səpilib.

Qeyd edək ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.


Вернуться назад