Главная > Cəmiyyət > Nazir: "Dünyada sağlam qidalanma üçün qabaqcıl təcrübə tətbiq edilməlidir"

Nazir: "Dünyada sağlam qidalanma üçün qabaqcıl təcrübə tətbiq edilməlidir"


16-10-2023, 13:46. Разместил: azadses
Dünyada sağlam qidalanma və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün qabaqcıl təcrübə tətbiq edilməlidir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təşkilatçılığı ilə Bakıda Ümumdünya Qida Günü münasibəti ilə keçirilən, Kənd təsərrüfatı və qida elmləri fakültəsinin açılışına həsr olunmuş tədbirdə bildirib.

“Hazırda dünyada 2,4 milyard insan özünü ərzaqla yetərincə təmin edə bilmir, 783 milyon insan aclıqdan əziyyət çəkir. Bu göstəricilər son illər artır. Dünyada aclıqdan əziyyət çəkən insanların əhəmiyyətli hissəsi kənd yerlərində yaşayır. Kənd ərazilərinin davamlı inkişafı istiqamətində kiçik və orta fermer təsərrüfatlarının tələb edilən xidmətlərə çıxışının təmin edilməsi, bu sahədə innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Biz müvafiq mövzuların müzakirəsi və əməkdaşlığın qurulması istiqamətində beynəlxalq dairələrlə əməkdaşlıq edirik”, - deyə o qeyd edib.


Вернуться назад