Главная > Cəmiyyət > Rayonlara gediş-gəlişə icazə ilə bağlı - TƏBİB-dən AÇIQLAMA

Rayonlara gediş-gəlişə icazə ilə bağlı - TƏBİB-dən AÇIQLAMA


12-08-2020, 10:27. Разместил: azadses
Xəbər verdiyimiz kimi, avqustun 11-də Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərarına dəyişiklik edib. Açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Eyni zamanda rayonlara gediş-gəliş də bərpa edilə bilərmi?
Azad Səs bildirir ki, bununla bağlı konkret.az-a danışan "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin" (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, hazırda rayonlara gediş-gəliş məsələsi müzakirə olunur:
"Bununla bağlı qərar qəbul edilərsə, bu barədə brifinqdə məlumat veriləcək. Ümumiyyətlə rayonlara gediş-gəlişə icazə verilməsi ilə bağlı qərarı Operativ Qərargah verir".

Вернуться назад