Главная > Cəmiyyət > Rəşad Nəbiyev Xızıda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Xızıda vətəndaşları qəbul edəcək


1-08-2023, 22:00. Разместил: azadses
Avqustun 7-də, saat 10:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, radio-televiziya yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula avqustun 4-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.


Вернуться назад