Главная > Cəmiyyət > Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş olub

Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş olub


20-07-2023, 21:58. Разместил: azadses
Qərbi Azərbaycan İcması 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirib.

“Report”un xəbərinə görə, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli media nümayəndələrini Milli Mətbuat Günü ilə əlaqədar təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Qurum rəsmisi Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında KİV-lərin əhəmiyyətindən bəhs edərkən Qərbi Azərbaycan İcmasının fəaliyyətinin işıqlandırılması məsələsində mətbuatla səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini bildirib.

Sonda Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq edən mətbuat nümayəndələri mükafatlandırılıb.

Mükafatlandırılanlar arasında “Report” İnformasiya Agentliyinin müxbiri Aysel Məmmədova da var.


Вернуться назад