Главная > Cəmiyyət > Gəncədə itkin düşən şəxs tapılıb

Gəncədə itkin düşən şəxs tapılıb


16-07-2023, 19:18. Разместил: azadses
Gəncə şəhərində itkin düşən şəxs Bakıda tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, iyul ayının 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində F. Məmmədovun yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.


Вернуться назад