Главная > Cəmiyyət > Zaur Mikayılov Göygöldə vətəndaşları qəbul edib

Zaur Mikayılov Göygöldə vətəndaşları qəbul edib


14-07-2023, 20:48. Разместил: azadses
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Göygöl şəhərində vətəndaşları qəbul edib.

"Report" agentliyə istinadən xəbər verir ki, qəbulda Göygöl, Daşkəsən və digər rayonlardan olan sakinlər iştirak edib.

Z.Mikayılov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.


Вернуться назад