Главная > Cəmiyyət > Əlahiddə Çevik Polis Alayının manqa komandiri qidadan zəhərlənərək ölüb

Əlahiddə Çevik Polis Alayının manqa komandiri qidadan zəhərlənərək ölüb


25-05-2023, 09:34. Разместил: azadses
Mayın 25-də saat 5 radələrində polis baş serjantı, Əlahiddə Çevik Polis Alayında manqa komandiri xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib.

Araşdırma aparılır.


Вернуться назад