Главная > Cəmiyyət > "Formula 1" komandasının direktoru: "Bakı bolidimizin imkanlarına uyğun trekdir"

"Formula 1" komandasının direktoru: "Bakı bolidimizin imkanlarına uyğun trekdir"


25-04-2023, 14:14. Разместил: azadses
"Düşünürəm ki, Bakı bizim bolidimizin imkanlarına uyğun trekdir".

"Report" xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Williams" komandasının direktoru Ceyms Voulz yarışın rəsmi saytına açıqlamasında deyib.

44 yaşlı funksioner indiyədək Azərbaycan Qran-prisinin hər birində xallar uğrunda mübarizə apardıqlarını bildirib: "Sadəcə, əvvəlki yarışlardan hər şeyi öyrəndiyimizə əmin olmalıyıq. Qarşıdakı həftəsonunda əlimizdən gələnin ən yaxşısını edəcəyik".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə baş tutacaq.


Вернуться назад