Главная > Cəmiyyət > Sumqayıtda iki yaşlı uşağı avtomobil vuraraq öldürüb

Sumqayıtda iki yaşlı uşağı avtomobil vuraraq öldürüb


24-04-2023, 11:29. Разместил: azadses
Sumqayıtda 2 yaşlı uşağı avtomobil vurub.

APA xəbər verir ki, 1970-ci il təvəllüdlü Nabatalıyev Sübhi Nabatalı oğlu Sumqayıt şəhəri, Ceyranbatan bağları, “Beton zavod” adlanan ərazidə idarə etdiyi BMW markalı avtomobillə məhəllə arası küçədə arxaya doğru hərəkət edərkən ehtiyatsızlıqdan 2021-ci il təvəllüdlü Xəyalə Dövran qızı Zamanovanı vurub.

Nəticədə Xəyalə Zamanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


Вернуться назад