Главная > Cəmiyyət > Bakı Olimpiya Stadionunun arxasındakı ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bakı Olimpiya Stadionunun arxasındakı ərazidə yanğın söndürülüb - YENİLƏNİB


23-04-2023, 15:05. Разместил: azadses
Bakının Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində (Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Daha əvvəl bildirilib ki, FHN-in “112” qaynar xəttinə Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində ( Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunublar.

15:37

Bakının Sabunçu rayonu ərazisində yanğın hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, FHN-in “112” qaynar xəttinə Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində ( Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


Вернуться назад