Главная > Cəmiyyət > İsmayıllıda kişi özünü kəndirlə asaraq intihar etdi

İsmayıllıda kişi özünü kəndirlə asaraq intihar etdi


23-04-2023, 21:59. Разместил: azadses
İsmayıllı rayonunun İvanovka kəndində intihar hadisəsi baş verib.

APA xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Kamran Adil oğlu bu gün günortadan sonra yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq həyatına son qoyub.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumatlara əsasən onun özünə qəsd etməsinin səbəbi maddi problemlərdir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Вернуться назад