Главная > Cəmiyyət > Binəqədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub

Binəqədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub


20-04-2023, 10:16. Разместил: azadses
Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2015-ci il təvəllüdlü Əliyev Sinan İlham oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol incik sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад