Главная > Cəmiyyət > Vidadi Həsənov: “AZMİU-nu bitirən istedadlı tələbələr taksi fəaliyyəti ilə məşğul olurlar”

Vidadi Həsənov: “AZMİU-nu bitirən istedadlı tələbələr taksi fəaliyyəti ilə məşğul olurlar”


12-04-2023, 13:50. Разместил: azadses
“Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələrin bir hissəsi üç-dörd ildən sonra taksi fəaliyyəti ilə məşğul olmağa başlayırlar”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda “M.Teatr”ın rəhbəri, Xalq artisti Vidadi Həsənov bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin özlərini realizə etmələrinə imkan yaradılmır:

“Qərarlarda, qanunlarda dəyişikliklər lazımdır. Teatrların formatı dəyişilməlidir. Bunun üçün də özəl teatrlara üstünlük verilməlidir. Bakıda 17 müstəqil teatr var. Onlardan cəmi ikisinin binası var. Qalanları orada-burada tamaşalar hazırlayıb, göstərirlər”.
O əlavə edib ki, özəl teatrlar regionlara səfəri zamanı “divarlarla” qarşılaşırlar:

“Mədəniyyət Nazirliyindən xahiş edirik, bizə bir kağız versinlər ki, biz o “divarları” aşa bilək”.

İlhamə Əbülfət


Вернуться назад