Главная > Cəmiyyət > Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI


11-04-2023, 08:07. Разместил: azadses
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.


Вернуться назад