Главная > Cəmiyyət / Manset > Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb


29-03-2023, 17:57. Разместил: admin
Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 086,9 manat təşkil edib.

Bu barədə Bakı şəhər Statistika İdarəsinin hesabatında bildirilir.

Məlumata görə, paytaxtda orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5% artıb.
Xatırladaq ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,8% artaraq 856,2 manata çatıb.
Вернуться назад