Главная > Cəmiyyət > Koronavirus analizinin nəticəsi ilə bağlı daha bir narazılıq

Koronavirus analizinin nəticəsi ilə bağlı daha bir narazılıq


5-08-2020, 14:22. Разместил: azadses
“COVİD-19” virusundan test verən şəxsə cavabın bir gün öncəki tarixlə göndərilməsi ilə bağlı məlumata rəsmi münasibət bildirilib. Belə ki, sosial şəbəkələrdə Elşən Hüseynsoy adlı şəxs avqustun 4-də test versə də, cavabın 3 avqust tarixi ilə göndərildiyini bildirib. 
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxs analizi özəl klinikada verib: “Burada TƏBİB-lik bir iş yoxdur. Özəl laboratoriya cavabları necə göndərirsə, TƏBİB də e-tətbiqə o formada yükləyir. Əgər cavab köhnə tarixlə göndərilibsə, bunun səbəbini vətəndaşın analiz verdiyi özəl klinika açıqlaya bilər. Bunun üçün vətəndaş analiz verdiyi klinikaya müraciət edə bilər”.

Вернуться назад