Главная > Cəmiyyət > Mikayıl Cabbarov: “Hədəflərimiz arasında azad edilən ərazilərimizin inkişafı qırmızı xətlə keçir”
Mikayıl Cabbarov: “Hədəflərimiz arasında azad edilən ərazilərimizin inkişafı qırmızı xətlə keçir”10-02-2023, 11:57. Разместил: admin |
“Bizim bu il üçün də əsas hədəflərimiz arasında azad edilən ərazilərimizin inkişafı qırmızı xətlə keçir”. Oxu.Az xəbər verir ki, bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, bu, bizim kapital qoyuluşlarımızın əksəriyyətini tələb edəcək: “Digər tərəfdən, sənayeləşmənin sürətləndirilməsi, aqrar sektorun inkişafı, xidmət və turizm potensialının maksimum reallaşdırılması və iqtisadiyyatın rəqəmsallaşdırılmasının təmin edilməsi, enerji keçidindən irəli gələn dövlət tənzimləməsinin təmin edilməsi və ayrı-ayrı sektorlarımızın rəqabətqabiliyyətliliyinin qorunub-saxlanılması da hədəflərimiz arasındadır. Bütün bunlar ölkədə sahibkarlığın da inkişafını sürətləndirəcək. Dörd il ərzində qeyri-neft özəl sektorunda bağlanmış əlavə 300 minə yaxın əmək müqaviləsinin əksəriyyəti kiçik və orta biznesdə yaranmış iş yerlərinə aiddir. Kiçik və orta biznes sahəsinə verilən dövlət dəstəyi yalnız güzəştli kreditlərlə məhdudlaşmamalıdır. Bu proses daha geniş olmalıdır. Biznesin İnkişafı Fondunun yaradılması ilə biz bu sahədə yeni məhsullar təqdim edəcəyik”. Вернуться назад |