Главная > Cəmiyyət > Bakı hava limanı ştat rejimində fəaliyyət göstərir

Bakı hava limanı ştat rejimində fəaliyyət göstərir


11-01-2023, 13:37. Разместил: admin
Bakı hava limanı ştat rejimində fəaliyyət göstərir

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir, Bakı hava limanında uçuşlar cədvələ uyğun olaraq həyata keçirilir.

Bununla bağlı hava limanı məlumat yayıb.

Hava limanında uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi olaraq bütün zəruri işlər aparılır.

Hava gəmilərinə və sərnişinlərə xidmət də qrafik üzrə həyata keçirilir.
Вернуться назад