Главная > Cəmiyyət / Manset > Azərbaycanda 5 günlük bayram tətili başlayıb - VİDEO

Azərbaycanda 5 günlük bayram tətili başlayıb - VİDEO


31-12-2022, 15:33. Разместил: admin
Azərbaycanda 5 günlük bayram tətili başlayıb - VİDEO

Dekabrın 31-dən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük bayram tətili başlayıb.

Tətil günləri 2022-ci ilin Dekabr ayının 31-i, 2023-cü ilin Yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.

Belə ki, 2022-ci ilin Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin Yanvar ayının 2,3 tarixləri isə Yeni il münasibəti ilə qeyri-iş günüdür. Bununla yanaşı, 31 Dekabr və 1 Yanvar tarixləri şənbə-bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il Yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq.

Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.


Вернуться назад