Главная > Cəmiyyət > Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir - FOTO

Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir - FOTO


4-08-2020, 11:59. Разместил: azadses
Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, ictimai nəqliyyatda, qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlərdə yaşayış yerini icazəsiz tərk edən, sosial məsafəni gözləməyən, beş nəfərdən artıq qrup halında toplaşan, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir


Вернуться назад