Главная > Cəmiyyət > Şəkidə tibbi maskadan istifadə etməyən şəxslər 100 manat cərimələnib

Şəkidə tibbi maskadan istifadə etməyən şəxslər 100 manat cərimələnib


4-08-2020, 08:46. Разместил: azadses
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub.
Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə potokol tərtib edilərək, 100 manat məbləğində cərimə olunublar.


Вернуться назад