Главная > Cəmiyyət > Çarter reysləri dayandırılıb - RƏSMİ

Çarter reysləri dayandırılıb - RƏSMİ


3-08-2020, 16:34. Разместил: azadses
“Xaricdə olan vətəndaşların ölkəyə gəlməsi üçün xüsusi və açıq məsələ yoxdur. Çarter reysləri dayandırılıb. Çünki İstanbuldan olan hava reysi ilə - AZAL və “Türk Hava Yolları” ilə vətəndaşlarımız ölkəyə gəlir”.
Azad Səs Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, quru sərhədləri ilə Gürcüstan və Rusiya istiqamətindən qrafik çərçivəsində vətəndaşların gətirilməsi davam etdirilir.

Вернуться назад