Главная > Cəmiyyət > Pensiya artır - 293 manat olacaq

Pensiya artır - 293 manat olacaq


20-11-2019, 11:17. Разместил: azadses
Nazir artımın gələn il baş verəcəyini bildirib
"Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkədə orta pensiya məbləği ciddi şəkildə artaraq 293 manat ətrafında olmalıdır".  Bunu ötən gün Milli Məclisin iclasında gündəlikdəki məsələlər barədə ümumi məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 
Nazir sosial yönümlü islahatların bundan sonra da davam etdiriləcəyini və daha da genişlənəcəyini diqqətə çatdırıb. Sahil Babayev bildirib ki, İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin isə gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 30 faiz və ya 29,8 milyon manat çoxdur.
S.Babayev deyib ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilib.
Xatırladaq ki, ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri (ikinci oxunuş), həmçinin “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) daxil edilib. 
İclasın sonunda gündəlikdəki yeddi məsələnin hamısı ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.




Вернуться назад