Главная > Cəmiyyət / Manset > Azərbaycan Ordusunun polkovnik-leytenantının vəfatı ilə bağlı MN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO

Azərbaycan Ordusunun polkovnik-leytenantının vəfatı ilə bağlı MN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO


19-08-2022, 15:10. Разместил: admin
“Bu gün mətbuatda polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlunun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, S.Zülfüqarov hərbi xidmətdə deyil, ehtiyata buraxılıb.

11:44

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib.

“Unikal”ın məlumatına görə, hadisə İsmayıllı rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edib. O, bir neçə gün öncə məzuniyyətə çıxıbmış.




Вернуться назад