Главная > Cəmiyyət / Manset > Bahalı şərabların təhlükəsiz daşınması üçün “ağıllı” şüşə hazırlandı
Bahalı şərabların təhlükəsiz daşınması üçün “ağıllı” şüşə hazırlandı11-07-2022, 08:19. Разместил: admin |
Yaponiyanın “NGK Insulators” şirkəti bahalı Avropa şərablarının distribyutorlarını temperatur və rütubətin monitorinqi imkanı ilə təmin edən xüsusi şüşə sensorlar təqdim edib. Məlumata görə, “NGK Insulators” modulları qablaşdırma mərhələsində şüşələrə yapışdırılacaq və daha sonra məlumatı smartfon, yaxud da kompüterə ötürəcək. Sensorlar supermarketlərdə məhsulların üzərinə qoyulan kiçik stikerlərə bənzəyir. Qurğular eyni Yapon şirkəti tərəfindən hazırlanmış “NGK EnerCera” miniatür litium-ion batareyaları ilə təchiz edilir. Qeyd edək ki, “NGK Insulators” 1919-cu ildə əsası qoyulmuş yapon elektronika istehsalçısıdır. Şirkət ilk növbədə külək stansiyalarında istifadə olunan natrium-kükürdlü batareyaları ilə tanınır. Вернуться назад |