Главная > Cəmiyyət > QH Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Şuşadadırlar - YENİLƏNİB + FOTO

QH Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Şuşadadırlar - YENİLƏNİB + FOTO


2-07-2022, 16:30. Разместил: admin
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçıları işğaldan azad olunmuş Şuşa şəhərindədirlər.

“Report” xəbər verir ki, nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olacaq.

11:03

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

“Report” xəbər verir ki, əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıb.

Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb.




Вернуться назад