Главная > Cəmiyyət / Manset > "IX Qlobal Bakı Forumunun qlobal təhdidlərə həsr olunmuş mövzusu Azərbaycanın bütün dünyaya bir töhvəsidir"

"IX Qlobal Bakı Forumunun qlobal təhdidlərə həsr olunmuş mövzusu Azərbaycanın bütün dünyaya bir töhvəsidir"


23-06-2022, 09:00. Разместил: azadses
"IX Qlobal Bakı Forumunun qlobal təhdidlərə həsr olunmuş mövzusu Azərbaycanın bütün dünyaya bir töhvəsidir"


Məhz cənab İlham Əliyev tərəfindən Qlobal təhlükəsizliyin qorunmasına hesablanmış mövzuya istinad edilməsi Azərbaycanın mövcud dünya nizamında xüsusi rolundan xəbər verir..

Bunu mətbuata açıqlamasında siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚

IX Qlobal Bakı Forumunun Azərbaycanda keçirilməsi və dünyanın təhlükəsizliyi üçün mühüm mövzuya toxunulması bir daha Azərbaycanın dünya birliyində önəmli yerə sahib olmasının göstəricisidir. Xüsusilə məhz ölkəmizin təşəbbüsilə "Qlobal Dünya Nizamına Təhdidlər" adlı dünya üçün çox önəmli və ciddi bir mövzunun müzakirə edilməsi də dövlətimizin başçısının dünya ictimaiyyətinə bir töhvəsidir. Cənab İlham Əliyevin IX Qlobal Bakı Forumunun açılışında səsləndirdiyi fikirlər və verdiyi mesajlar dünya ictimaiyyəti üçün önəmli və diqqətə alınmalı çıxış idi. Bu Forumun Azərbaycanda keçirilməsi də ölkəmizin uğurudur. Cənab İlham Əliyevin bütün çıxışları hər zaman dünya ictimaiyyəti üçün yeniliklərə səbəb olub və istiqamət mexanizmasına çevrilib. Hazırda dünya üçün bir çox təhdidlər mövcuddur. Bu‚ ilk öncə Koronavirus pandemiyası‚ digər xəstəliklər‚ təbii resursların tükənmə ehtimalları‚ ekologiyanın çirklənməsi‚ narkomaniya‚ terrorizm‚ etnik separatizm halları‚ milli‚ irqi və dini zəmində münaqişələr və bir çox ciddi problemlər planetimizi ağır təhdid altında saxlayır. Qlobal Dünya Nizamına olan açıq təhdidlərin IX Qlobal Bakı Forumunda müzakirə edilməsi mövcud dünya üçün təhdid və təhlükələrin qarşısının alınmasında müəyyən bir rol oynamasına zəmin yaradacaq. IX Qlobal Bakı Forumu özlüyündə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi deməkdir‚ deyə M. Məmmədov qeyd edib.

Вернуться назад