Главная > Cəmiyyət / Manset > 15 min şəxsə reabilitasiya xidmətləri göstərilib - FOTO
15 min şəxsə reabilitasiya xidmətləri göstərilib - FOTO11-06-2022, 12:15. Разместил: admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-may aylarında əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib. Bununla bağlı Nazirlikdən məlumat verilib. Onlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar. Bu dövrdə Agentlik tərəfindən əlilliyi olan 5411 şəxsə 24 minə yaxın reabilitasiya vasitəsi verilib. Вернуться назад |