Главная > Cəmiyyət > Cəlilabadda sərtləşdirilmiş karantin rejiminin tələblərinə nəzarət gücləndirilib-Foto

Cəlilabadda sərtləşdirilmiş karantin rejiminin tələblərinə nəzarət gücləndirilib-Foto


4-07-2020, 09:56. Разместил: azadses
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və mübarizənin effektinin daha da yüksəldilməsi ilə bağlı poçt məntəqələrinin, bankların və bankomatların, o cümlədən insanların daha çox müraciət etdiyi digər müəssisələrin qarşısında sosial məsafənin gözlənilməsinin təmin edilməsi məqsədilə cizgilənmə işləri aparılıb. Polis əməkdaşları tərəfindən vətəndaşlarara mütəmadi olaraq tibbi maskalar paylanılır və evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməsinin, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmasının, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməsinin onların və yaxınlarının sağlamlığı üçün zəruri olduğu qeyd edilir.


Вернуться назад