Главная > Cəmiyyət / Manset > Əfv sərəncamının icrasına başlanıldı - YENİLƏNİB + FOTO

Əfv sərəncamının icrasına başlanıldı - YENİLƏNİB + FOTO


28-05-2022, 10:38. Разместил: admin
Əfv sərəncamının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.

Oxu.Az xəbər verir ki, sərəncam bu müəssisədəki məhkumlardan 11 nəfərə şamil olunub. Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin isə cəzası yarıya endirilib.

Eyni zamanda, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 2 məhkuma əfv sərəncamı şamil edilib. Onlardan bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Müəssisədə cəza çəkən bir məhkumun isə cəzası azaldılıb.



10:21

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində icra edilib.

Oxu.Az xəbər verir ki, müəssisədə cəzaçəkən 7 məhkum əfv edilib.

Onlardan 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onlara müvafiq ərizələr təqdim edildikdən sonra azadlığa buraxılıblar.

Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası yarıya endirilib.





08:18

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaşdır.

Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.








Вернуться назад