Главная > Cəmiyyət / Manset > Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı


2-05-2022, 08:39. Разместил: admin
Azərbaycanda Ramazan bayramı qeyd olunur.

“Azadsəs.az”ın məlumatına görə, ölkənin bütün məscidlərində bayram namazı qılınıb.

Bayram namazı Göy məscid və Əjdərbəy məscidində saat 09:00-da qılınıb. Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşdüyü üçün bayram namazında iştirak etməyib.

Qeyd edək ki, ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri qeyri-iş günüdür.
Вернуться назад