Главная > Cəmiyyət > Türkiyənin daha 5 şəhərində maskasız gəzmək qadağan olundu

Türkiyənin daha 5 şəhərində maskasız gəzmək qadağan olundu


16-06-2020, 10:42. Разместил: azadses
Koronavirusla mübarizə çərçivəsində Türkiyənin daha 5 bölgəsində qoruyucu maskasız küçəyə çıxmaq qadağan olunub.
Azad Səs-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca rəsmi tvitter hesabında açıqlama verib.
Nazir bildirib ki, Diyarbəkir, Ərzurum, Kayseri, Rizə və Şanlıurfa şəhərlərinə də qadağanın gətirilməsi ilə ümumilikdə maskasız küçəyə çıxma qadağasının tətbiq olunduğu bölgə sayı 42-yə çatıb.

Вернуться назад