Главная > Cəmiyyət > Bakıdan daha bir şəhərə uçuşlar başlayır

Bakıdan daha bir şəhərə uçuşlar başlayır


18-04-2022, 20:15. Разместил: admin
“Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay cədvəli çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviaşirkətdən “Azadsəs.az”a verilən məlumata görə, Bakı-Praqa-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri aviadaşıyıcı tərəfindən həyata keçiriləcək.

İlk reys 17 iyun tarixində yerinə yetiriləcək.
Вернуться назад