Главная > Cəmiyyət / Manset > Vaxtı keçmiş məhsullar istifadə edən restoranın sahibi cərimələndi

Vaxtı keçmiş məhsullar istifadə edən restoranın sahibi cərimələndi


15-04-2022, 10:23. Разместил: admin
Gəncədə fəaliyyət göstərən restoranda istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub.

“Azadsəs.az” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Gəncə şəhəri, Radiostansiya qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Xələfova Gülnarə İlham qızına məxsus “Maralgöl” restoranında keçirilən planlı yoxlama zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, həmçinin istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub.

Faktla bağlı istehlaka yararsız məhsullardan istifadənin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.


Вернуться назад