Главная > Cəmiyyət > Binəqədidə iməclik və ağacəkmə aksiyaları keçirilib

Binəqədidə iməclik və ağacəkmə aksiyaları keçirilib


2-04-2022, 15:23. Разместил: admin
Ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da Bakı Şəhər İca Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısının Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr, rayon ərazisində fəaliyyət göstərən özəl müəssisələr və iaşə obyektləri, həmçinin Mənzil-kommunal təsərrüfat birliyinin bütün qüvvəsi intensiv və təxirəsalınmaz təmizlik işlərinə cəlb olunub.

"Azadsəs.az" xəbər verir ki, abadlıq-təmizlik işləri zamanı parklar, məhəllələr arası istirahət sahələrində eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılır. Yol kənarında hərəkətə mane olan irigövdəli ağaclar budanır, dibləri yumşaldılır, həmçinin ərazidə olan bütün ağaclar suvarılır. Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir, yollardakı çalalar hamarlanır, parklara gül kolları əkilir. Bundan əlavə iməcilik zamanı ağacların dibi, yol kənarları quru otlardan təmizlənir, ağacların quru budaqları budanaraq gövdəsi ağardılır, əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilir.

Eyni zamanda rayon ərazisində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə səkilər, işıq dirəkləri yuyulur, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılır, bir sıra yerlərdə hasarlar rənglənir, məişət tullantıları konteynerləri təmir-bərpa edilir. Bununla yanaşı dezinfeksiya işləri aparılır.

Keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Вернуться назад