Главная > Cəmiyyət / Manset > Nərimanov rayonunda Novruz coşqusu - Fotolar

Nərimanov rayonunda Novruz coşqusu - Fotolar


22-03-2022, 18:21. Разместил: admin
Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

"Azadsəs.az" xəbər verir ki, çoxsaylı rayon sakinlərinin iştirakı ilə keçirilən bayram tədbirində Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyevin dahi sərkərdəliyi və uzaqgörən siyasəti nəticəsində Novruz bayramının artıq ikinci ildir ki, Azərbaycanda böyük ruh yüksəkliyi ilə qeyd olunduğu, bayram tonqallarının 30 il həsrətində olduğumuz Qarabağda – Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirib.

Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatıb.







Вернуться назад