Главная > Cəmiyyət / Manset > İlham Əliyev tunisli həmkarını təbrik etdi

İlham Əliyev tunisli həmkarını təbrik etdi


19-03-2022, 15:19. Разместил: admin
Prezident İlham Əliyev Tunis Prezidenti Kays Sayidə təbrik məktubu ünvanlayıb.

“Azadsəs.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm”.
Вернуться назад