Главная > Cəmiyyət > Yevlaxda “Bizim böyük Qələbəmiz” kitabının təqdimatı keçirildi - Fotolar

Yevlaxda “Bizim böyük Qələbəmiz” kitabının təqdimatı keçirildi - Fotolar


14-03-2022, 18:19. Разместил: admin
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən azyaşlı uşaqlar üçün hazırlanan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilmiş “Bizim böyük Qələbəmiz” adlı kitabın Yevlaxda təqdimatı keçirilib.

“Azadsəs.az” xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə keçirilən təqdimat mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bötövlüyü uğrunda həlak olan bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, 44 günlük Vətən müharibəsi dövlətimizin şanlı tarixidir, Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün döyüş əməliyyatlarını yüksək səviyyədə və məharətlə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, uzun illər işğal altında qalan torpaqlarımızı azad edərək şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Elmir Həsənov uşaqlar üçün hazırlanmış bu nəşrin onlarda torpağa bağlılıq və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi istiqamətində aparılan təlim-tərbiyə prosesində müstəsna rol oynayacağını diqqətə çatdırıb.

Sonra məktəblilər və mədəniyyət işçiləri Vətən müharibəsində qazanılan qələbəni özündə tərənnüm etdirən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirin davamı olaraq “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Yevlaxdakı orta təhsil müəssisələrində məktəblilərə "Bizim böyük Qələbəmiz" kitabı təqdim edilib, Vətən müharibəsindəki şanlı qələbəmiz barədə məlumatlar çatdırılıb.




Вернуться назад