Главная > Cəmiyyət / Manset > Bakıda Novruz bayramı ab-havası yaradılır - Fotolar

Bakıda Novruz bayramı ab-havası yaradılır - Fotolar


12-03-2022, 14:39. Разместил: admin
Novruz Bayramı ərəfəsində paytaxt Bakı şəhərində genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir. Bu gün Bakı Şəhər İcra Hakimiyyəti və digər qurumların iştirakı ilə təmizlik və abadlıqla bağlı geniş iməcilik baş tutub.

“Azadsəs.az” xəbər verir ki, iməcilik zamanı prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektləri vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına 100 ədəd yeni gül dibçəkləri qoyulub. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı fərdi sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər.

Novruz Bayramı ilə əlaqədar bütün xidmət vitrinlərinin, obyektlərin qarşısının bayram atributları ilə bəzədilməsi, tərtibat işlərinin görülməsi və insanlarda bayram ab-havası yaradılması işlərinə başlanılıb və bu işlərə özəl sektor nümayəndələri də qoşulub.

İməcilikdə yol kənarlarında yeni gül və kolların əkilməsi, mövcud ağaclara qulluq göstərilməsi, şam ağaclarının, səki, məhəccər, bordyurların, işıq dirəklərinin yuyularaq təmizlənməsi həyata keçirilib.

Ticarət və Xidmət Departamenti fərdi sahibkarlar və özəl sektor nümayəndələrini fəaliyyət göstərdikləri obyektlərin qarşısında yaradılan təmizliyi qorumaq və əkilən güllərə, kollara, quraşdırılan dibçəklərdəki güllərə mütəmadi qulluq göstərərək şəhərimizin daha da gözəlləşməsinə öz töhfələrini verməyə çağırıb.





Вернуться назад