Главная > Cəmiyyət > Bu gündən Azərbaycanda 8 günlük tətil başlayıb

Bu gündən Azərbaycanda 8 günlük tətil başlayıb


23-05-2020, 11:34. Разместил: azadses
Bu gündən etibarən Azərbaycanda 8 gün qeyri-iş günü olacaq.
Azad Səs-in məlumatına görə, Baş Nazir Əli Əsədovun müvafiq qərarı ilə ölkədə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.
Qərar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə verilib.
Qeyd edək ki, 24 - 25 may – Ramazan bayramı, 28 May isə Respublika Günüdür. 24 may tarixi həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 26 may tarixi də qeyri-iş günü hesab olunur.
Ötən gün keçirilən brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, 8 günlük tətildə küçəyə çıxmaqla bağlı hər hansı qadağa nəzərdə tutulmur: “Amma hər kəs bilməlidir ki, bayram günlərində qaydalara əməl etsək, bayramdan sonra daha nikbin qərarlar verilə bilər”.



Вернуться назад