Главная > Cəmiyyət / Manset > Naftalanda bu ilin ilk səyyar qəbulu keçirilib - Fotolar

Naftalanda bu ilin ilk səyyar qəbulu keçirilib - Fotolar


2-03-2022, 15:59. Разместил: admin
Əhalinin qaldırdığı məsələlərin operativ şəkildə həll olunması məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov 2022-ci ildə vətəndaşlarla ilk səyyar görüşünü şəhərin 01, 02, 03, 04 və 05 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib.

“Qafqazinfo.az” xəbər verir ki, təşkil olunan görüşdə şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, ŞİHB aparatının məsul işçiləri, ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə, xidmət təşkilatlarının rəhbərləri, sözügedən binaların sakinləri iştirak ediblər.

Ayrı-ayrı sahələrə dair vətəndaşlar tərəfindən irəli sürülən bir sıra müraciətlər aidiyyəti üzrə nəzarətə götürülüb.

Vətəndaşlar qəbuldan məmnunluqlarını ifadə ediblər.



Вернуться назад