Главная > Cəmiyyət > Bakı yaza hazırlaşır - Fotolar

Bakı yaza hazırlaşır - Fotolar


20-02-2022, 17:49. Разместил: admin
Qarşıdan gələn yaz mövsümü ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, əsas magistral yol və prospektlərin kənarlarındakı iynəyarpaq və həmişəyaşıl ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, təbii gübrələr verilir.

Həmçinin, ağacların qurumuş budaqları budanır, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir.

Bu işlərin mövsümün sonunadək paytaxtın bütün rayonlarında keçiriləcək.






Вернуться назад