Главная > Cəmiyyət / Manset > Emin Hacıyev: “Ramiz Mehdiyevin ölkə elminə və elm adamlarına vurduğu mənəvi ziyan araşdırılımalıdır”

Emin Hacıyev: “Ramiz Mehdiyevin ölkə elminə və elm adamlarına vurduğu mənəvi ziyan araşdırılımalıdır”


14-02-2022, 21:44. Разместил: admin
“Ramiz Mehdiyevin Təhlükəsizlik şurasının üzvü kimi məsuliyyətsiz bəyanatları dövlət təhlükəsizliyinə təhlükədir”.

Bu sözləri Millət vəkili Emin Hacıyev deyib.

O bildirib ki, qısa zaman ərzində onun bu səlahiyyəti əlindən alınmalı, Elmlər Akademiyasında törətdiyi əməllər nəticəsində ölkə elminə və elm adamlarına vurduğu mənəvi ziyan araşdırılımalıdır.

“Elmlər akademiyasının elektron saytında yer alan absurd məqalədə Mehtiyev Milli Məclisin legitimliyinə kölgə salmağa cəhd edir.

Bu gün Azərbaycan Respublikasının Milli Məclisi tarixdə heç zaman olmadığl kimi fəaliyyətində aktiv, vətəndaşının rifahını düşünən, seçicisinin yanında olmağa çalışan, fərqli beynəlxalq fəaliyyəti ilə əcnəbi həmkarlarının rəğbətini qazanan deputatlarla təmsil olunur. Ölkədə həyata keçirilən islahatları, işğaldan azad olunmuş torpaqlarda quruculuq proseslərini, və nəhayət Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızı işğaldan azad olunmasını həzm edə bilməyən insanlar yüksək vəzifə daşımamalıdır. Hətta heç bir vəzifə daşımamalıdır. Onlar məsuliyyətə cəlb olunaraq əməllərinə hüquqi qiymət verilməlidir” – deyə, o qeyd edib.
Вернуться назад