Главная > Cəmiyyət > Jurnalist Milli Şuranı məhkəməyə verməyə hazırlaşır.

Jurnalist Milli Şuranı məhkəməyə verməyə hazırlaşır.


15-05-2020, 22:05. Разместил: azadses
Cinsi azlıqların hüquqlarının müdafiəsinin aktivisti müstəqil jurnalist Əvəz Hafizli “Demokratik Qüvvələrin Milli Şurası” haqda Baş prokurorluğa və məhkəməyə müraciət edəcəyi haqda öz “Facebook” hesabında bəyanat yayıb.Bəyanatda deyilir:
Son günlər Demokratik Qüvvələrin Milli Şurası adlanan qurumun məsul üzvləri Lgbt fərdləri haqda "üzdəniraq" "Hitler onları güllələməli idi" kimi ifadələr işlədiblər.
Qeyd edim ki,  LGBT fərdləri Azərbaycanda mütemadi olaraq bəzi qurumlar və cəmiyyətin müəyyən hissəsi tərəfindən tezyiqlərə məruz qalır. 
Özlərini "Demokratik qüvvələrin Milli Şurası" adlandıran qurumun belə yanaşması insanlarda LGBT fərdləri ə  qarşı aqressiyanı və təzyiqi artıra bilər. Onların həyatları təhlükə altda qala bilər. Buna görə də şəxsim adına LGBT fərdlərini təhqir etdiklərinə və cəmiyyətdə onlara qarşı şiddət yaradan çıxışlar etdiklərinə görə Demokratik Qüvvələrin Milli Şurası haqda tədbir görülməsi üçün Baş Prokurorluğa və  Məhkəməyə müraciət edəcəyəm.
Nəzərinizə çatdırım ki, Azərbaycanda 2000-ci ildə LGBT fərdləri olması leqal sayılır və onlara qarşı təhqir və şiddət çağırışları yol verilməzdir.



Вернуться назад