Главная > Cəmiyyət / Manset > Ötən il Azərbaycandan əcnəbi vətəndaşlara övladlığa uşaq verilməyib - RƏSMİ

Ötən il Azərbaycandan əcnəbi vətəndaşlara övladlığa uşaq verilməyib - RƏSMİ


1-02-2022, 18:10. Разместил: azadses
“Ötən il Azərbaycandan əcnəbi vətəndaşlara övladlığa uşaq verilməyib”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin müddət ərzində əcnəbilər tərəfindən övladlığa uşaq götürmə ilə bağlı müraciət olmayıb.

Sədr əlavə edib ki, ötən il yalnız ailəli şəxslərə övladlığa uşaq verilib:

“Yəni, heç bir subay vətəndaş bunu etməyib. Subay şəxslər və xarici vətəndaşlar da övladlığa götürmə ilə bağlı müraciət edə bilərlər. Biz monitorinqlər aparıb, onların vəziyyətləri ilə daim maraqlanmışıq. Aparılan monitorinqlə bağlı övladlığa verilən uşaqlar geri alınmayıb”.

O qeyd edib ki, ötən il sağlamlıq imkanı məhdud uşaqlar da övladlığa götürülməyib.

Xatırladaq ki, 2019-cu ildən uşaq övladlığa götürmə ilə bağlı səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə verilib.

İlhamə Əbülfət


Вернуться назад