Главная > Cəmiyyət > Azərbaycanlıların estetik əməliyyat davası Nişantaşını bir-birinə qatdı

Azərbaycanlıların estetik əməliyyat davası Nişantaşını bir-birinə qatdı


8-01-2022, 11:38. Разместил: admin
Türkiyənin İstanbul şəhərinin Nişantaşı səmtində azərbaycanlılar arasında dava çıxıb.

“Azadsəs.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, gözəllik mərkəzində estetik əməliyyat etdirən Azərbaycan vətəndaşı M.İ. ilə mərkəzin işçiləri arasında dava olub.

Belə ki, M.İ bir müddət öncə mərkəzdə çənə sivriləşdirmə əməliyyatı keçirib. Proseduru bəyənməyən M.İ. yenidən mərkəzə gələrək, azərbaycanlı F.D. və S.D. ilə mübahisə etməyə başlayıb. Onların mübahisəsi davaya çevrilib.

İddiaya görə, dava əsnasında M.İ. pəncərəyə çıxaraq, “Məni girov götürüblər, öldürəcəklər”, - deyə bağırıb. Qadının səsi qısa müddətdə bütün prospekti bürüyüb və vəziyyəti görən vətəndaşlar polisə xəbər veriblər.

Bu zaman küçədə M.İ-ni gözləyən yaxınları da mərkəzə giriblər. Polislərin müdaxiləsi ilə onlar polis bölməsinə aparılıblar.

Qeyd edilib ki, hər iki tərəf bir-birindən şikayətçi olub.
Вернуться назад